AZ

Azərbaycan nəşriyyatının qərarı onlar üçün sürpriz olub

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Nəşriyyatının doqquzmərtəbəli əsas korpusu müvəqqəti olaraq təmirə bağlanır. Təmir işləri başa çatdıqdan sonra bina yenidən nəşriyyatın istifadəsinə veriləcək.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, ofisləri Azərbaycan Nəşriyyatında yerləşən bir sıra media subyektləri, o cümlədən internet televiziyaları bu xəbəri yeni eşidiblər. Həftəsonu olduğu üçün hələlik rəhbərliyin mövqeyi ilə tanış olmaq mümkün olmayıb.

Bildirilir ki, Nəşriyyatda ofisi olan saytlar, qəzetlər və televiziyalar üçün bu qərar gözlənilməz olub.

Saytımızın əldə etdiyi digər məlumata görə isə, sözügedən ofislər vaxtilə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənovun nəzarətində olan Beynəlxalq Media Mərkəzinə (BMM) köçürülür.

Qeyd edək ki, vaxtilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu da həmin binada yerləşib.

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
132
globalinfo.az

1Mənbələr