GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Elit star” ləqəbli müğənni Cəmilənin Xalq artisti Niyaməddin Musayevlə bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Belə ki, o, N.Musayevin gecə klublarında çıxış edərək pul qazandığını iddia edib.
Globalinfo.az Niyaməddin Musayevlə əlaqə saxlayıb.
Xalq artisti müğənninin dediklərinə sərt reaksiya verib:
“Görün, nə qədər savadsız adamdır ki, nə danışdığını və necə hərəkət etdiyini bilmir. Mən şou proqramlarda iştirak edirəm və bunu gizlətmirəm. Şou proqram da mədəniyyətin bir təbliğat formasıdır. Mən gecə klublarında deyil, “Altun Saray”, “Tornado” kimi ailəvi məkanlarda çıxış edirəm. Orada təkcə mən yox, bir çox müğənnilər ifa edirlər. Adətən, ad günləri də məhz ifaçılara görə həmin məkanlarda qeyd olunur”.
Xalq artisti müğənnini savadsız adlandıraraq fikirlərini belə davam etdirib:
“Görün, bu adam nə qədər düşüncəsizdir ki, gecə klubu ilə ailəvi məkanları bir-birindən fərqləndirə bilmir. Gecə klubu tamam başqa anlayışdır. O adam ağzına gələni danışır, ayıbdır! Əslində, bilir ki, səhv danışır, sadəcə qəlbi qaradır. Görəndə özünə də deyəcəyəm ki, görüm, mən hansı gecə klubunda çıxış etmişəm? Belə səviyyəsiz insanlara fikir vermək lazım deyil”.
View this post on Instagram
A post shared by shownews by İsa Şükürov (@show_news)
Leyla Əlisoy
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.