AZ

Çexiya prezidentindən Ukrayna müharibəsi ilə bağlı etiraf: Kiyev buna hazır olmalıdır

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Müharibənin başa çatdırılması üçün Ukrayna ciddi güzəştlərə getməli olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Çexiya prezidenti Petr Pavel ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Kiyev bu cür addımlara hazırdır.

Çexiya lideri vurğulayıb ki, Ukrayna münaqişə ilə bağlı həllə nail olmaq yolunda artıq mühüm addımlar atıb.

“Düşünürəm ki, Ukraynanın hazır olduğu bəzi güzəştlər var. Biz də bütün səylərimizi göstərməliyik ki, bu sənədlərin hazırlanması zamanı görülən işlər hədər getməsin”, – deyə Pavel bildirib.

Bununla yanaşı, Çexiya prezidenti Rusiyanın təcavüzünə qarşı mübarizədə ABŞ-ın mühüm rol oynadığını qeyd edib. O, Avropa İttifaqının kənarda qala bilməyəcəyini vurğulayıb.

“Acı reallıq ondan ibarətdir ki, ABŞ olmadan Ukraynadakı müharibəni həll etmək mümkün deyil. Avropa üçün əsas rolun ABŞ tərəfindən oynanması ağrılı faktdır. Amma bu, Avropa ölkələrinin mövcud səylərdən kənarda qaldığı anlamına gəlmir”, – deyə Petr Pavel vurğulayıb.

Əliyar Xəlil,

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
globalinfo.az

1Mənbələr