AZ

Sürücülük vəsiqəsi alanlar azalır, tıxac artır Ekspert ziddiyyətə aydınlıq GƏTİRDİ

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"İlk baxışdan problem ziddiyyətli görünə bilər,  əslində Azərbaycanda avtomobillərin sayı əhali sayına nisbətən yüksək deyil. 10 milyonluq əhali üçün təxminən 1,5 milyon avtomobil var. Bakıda avtomobil çoxluğu hiss olunur, lakin 5 milyonluq şəhər üçün 700 min avtomobil kritik hədd sayılmır. Üstəlik, bu maşınların bir hissəsi gündəlik olaraq ətraf ərazilərdən paytaxta daxil olub axşam geri qayıdır".Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. "Yollardakı sıxlığın əsas səbəbi avtomobil çoxluğu deyil. Tıxaclar əsasən yol infrastrukturu, təmir və bağlanmalar, parklanma problemləri və hərəkətin düzgün təşkil olunmaması ilə bağlıdır. Avtomobil sayı az olsa belə, bu səbəblər qalarsa, tıxac da qalacaq".O bildirib ki, digər tərəfdən, sürücülük vəsiqəsinə maraq azalır:"İmtahan sistemi sərtləşib, kəsilənlərin sayı artıb. Gənclər avtomobili artıq status kimi görmür. Taksi, car sharing və ictimai nəqliyyat alternativləri daha əlçatan olub.Avtomobil almaq və saxlamaq xərcləri də ciddi şəkildə artıb. Qiymətlər yüksəlib, kredit şərtləri çətinləşib, yanacaq, sığorta və parklanma xərcləri çoxalıb. Bu səbəbdən həm gənclər, həm də orta yaşlılar avtomobil sahibi olmağa maraq göstərmir.Nəticədə avtomobillərin sayı artsa da, yeni sürücülərin sayı artmır. Tıxacların əsas səbəbi yeni sürücülər yox, infrastruktur və təşkilati problemlərdir. İnsanlar yollarda vaxt itirməkdən və əlavə xərclərdən yorulduqları üçün avtomobil sürmək istəmirlər".Qeyd edək ki, 2025-ci ildə sürücülük vəsiqəsi alanların sayı digər illərlə nisbətdə 2 dəfə azalıb. Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
demokrat.az

1Mənbələr