Bakı. Trend:
Yaradıcılıq məzuniyyətləri və onların müddətləri qaydalarındadəyişiklik ediləcək.
Trend-inməlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.
Daha əvvəl işəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı,doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaq üçüntəhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq,həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaqüçün ödənişli yaradıcılıq məzuniyyətləri veriləbilərdi.
Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olanişçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə vəarayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyətiverilə bilərdi.
Qanuna əsasən, işəgötürənlə əmək münasibətlərində olmaqlayanaşı, doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaqüçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərinitamamlamaq üçün ödənişli yaradıcılıq məzuniyyətləriveriləcək.
Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olanişçilərə işəgötürənlə razılaşdırılmaqla müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı iləvə arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıqməzuniyyəti veriləcək.
Daha əvvəl yaradıcılıq məzuniyyəti müddətində ödənilən əməkhaqqı işçinin vəzifəsi (peşəsi) üçün müəyyən olunmuş aylıq əməkhaqqından hesablanırdı.
Qanuna əsasən, yaradıcılıq məzuniyyəti müddətində işçiyə ƏməkMəcəlləsində nəzərdə tutulmuş orta əmək haqqı və onun hesablanmasıqaydasında müəyyən edilən orta əmək haqqı ödəniləcək.