AZ

Xəzər dənizinin suyundan içməli su kimi istifadə ediləcək Bu tarixdən...

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Dəniz suyunun duzsuzlaşdırılması məsələsi hazırda hökumət tərəfindən müzakirə olunur və bu istiqamət dövlət proqramına daxil edilib. Proqram 2035-ci ilə qədər olan dövrü əhatə edir".Bu sözləri Demokrat.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, ekoloq Amin Məmmədov deyib."Su ehtiyatlarının məhdudluğu xüsusilə Bakı Abşeron yarımadasında bu texnologiyanın aktuallığını artırır. Dünya təcrübəsində duzsuzlaşdırma geniş tətbiq olunur. Sinqapurda daxili su ehtiyatlarının azlığı səbəbindən bu üsuldan fəal istifadə edilir. ABŞ, Yaponiya və Kanada kimi ölkələr də analoji texnologiyaları tətbiq edir".O bildirib ki, Azərbaycanda da bu sahədə pilot layihə həyata keçirilib:"Neftçala ərazisində reallaşdırılan layihədə duzsuzlaşdırılmış sudan əsasən suvarma məqsədilə istifadə olunub. İçməli su üçün isə daha mürəkkəb və fərqli texnologiyalar tələb olunur. Bu proses xərc baxımından baha olsa da, su ehtiyatları məhdud olan ölkələrdə geniş tətbiq edilir. İsrail təcrübəsi də bunu təsdiqləyir".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
1
demokrat.az

2Mənbələr