AZ

328 mindən çox “sənədsiz” ev qeydiyyata alındı

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ümumilikdə 328 min 61 mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sorğuya cavab olaraq Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib.

Verilən məlumata görə, qeydiyyata alınan mülkiyyət hüquqlarının 64 min 366-sı fərdi yaşayış və bağ evlərinin, 85 min 424-ü mənzillərin, 166 min 494-ü torpaq sahələrinin payına düşüb.

Bundan əlavə nəzərə çatdırılıb ki, həmin dövrdə 2 832 yaşayış binası, 8 172 qeyri-yaşayış sahəsi, 667 əmlak kompleksi, 103 çoxmərtəbəli yaşayış binası və 3 çoxillik əkmə üzrə mülkiyyət hüququ rəsmiləşdirilib.

Qeyd edilib ki, qeydə alınan mülkiyyət hüquqlarının 91 min 917-si Bakı şəhərinin payına düşür. Qalan mülkiyyət hüquqları isə ölkənin müxtəlif regionlarında rəsmiləşdirilib. /milli.az/

Seçilən
101
8
nocomment.az

10Mənbələr