AZ

İran istənilən təcavüz aktına sərt cavab verəcək – İranın BMT-dəki daimi nümayəndəsinin müavini

İranın BMT-dəki daimi nümayəndəsinin müavini Qulamhüseyn Dərzi BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, İran istənilən təcavüz aktına sərt cavab verəcək.

Bununla belə, Dərzi vurğulayıb ki, İran hakimiyyəti münaqişənin qızışmasında maraqlı deyil: “İran eskalasiya və ya qarşıdurma axtarmır, lakin istənilən təcavüz aktı – birbaşa və ya dolayı yolla – BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq qətiyyətli, mütənasib və qanuni cavabla qarşılanacaq” – Qulamhüseyn Dərzi vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
45
editor.az

1Mənbələr