AZ

Dünya çempionatı ərəfəsində real təhlükə

“Fox News” nəşri çox maraqlı məlumat yayıb. ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün viza müraciətlərinin qəbulunu dayandıracq.
Dünya çempionatının startına 6 ay qalmış verilən bu qərar futbol ictimaiyyətində böyük müzakirələrə səbəb olub. Nəşrin məlumatına görə, vətəndaşlarına viza verilməsi dayandırılacaq ölkələrin siyahısına Rusiya, Braziliya, İran, İraq, Misir, Nigeriya, Tayland, Yəmən, Somali, Əfqanıstan və başqa dövlətlər daxildi. Dayandırılma prosesi yanvarın 21-dən başlayacaq və Dövlət Departamenti viza müraciətlərinin baxılması mexanizmini yenidən qiymətləndirənə, qeyri-müəyyən müddətə qədər davam edəcək.
“Fox News” bu qərarın ABŞ-yə daxil olandan sonra dövlətin sosial yardımlarından asılı vəziyyətə düşə biləcək şəxslərin qəbul edilməməsi məqsədini daşıdığını qeyd edir. Bu zaman bir sıra amillər nəzərə alınır. Onların sırasında xarici ölkələrin vətəndaşlarının sağlamlıq vəziyyəti, yaş, ingilis dili biliyi, maliyyə durumu, həmçinin uzunmüddətli tibbi yardıma ehtiyacı ehtimalı nəzərdə tutulur.
Xatırladaq ki, DÇ-2026 11 iyun-19 iyul aralığında üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.

Seçilən
53
1
football-plus.az

2Mənbələr