525.az saytına istinadən ain.az xəbər verir.
ABŞ-də həkimlər səhvən xəstəni ölmüş hesab edib və morqa təhvil veriblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 2020-ci ilin iyununda Detroyt yaxınlığındakı Sautfild şəhərciyində baş verib.
Serebral iflic keçirən 20 yaşlı Timeşa Beşam adlı qız tez-tez qıc olurmuş. Növbəti dəfə həkimlər qıcolma ilə xəstəxanaya yerləşdirilmiş Timeşada həyat əlamətləri aşkarlamadıqları üçün onu ölmüş hesab ediblər və morqa təhvil veriblər. Bir qədər sonra morq əməkdaşları onun hələ nəfəs aldığının fərqinə varıblar. Təcili reanimasiyaya yerləşdirilən qız 2 ay sonra özünə gəlmədən vəfat edib.
Qeyd edək ki, bu hadisədən sonra yerli hakimiyyət orqanları araşdırma aparıb və həkim səhlənkarlığının olması qənaətinə gəlib. Üstəlik, yaxınlarda mərhumun ailəsinə 3,25 milyon dollar təzminat ödənilib.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.