“Fiorentina”nın gənc müdafiəçisi Nikkolo Fortini “Yuventus”un transfer siyahısına düşüb.
İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı futbolçunun dəyəri təxminən 15 milyon avrodur. Turin klubu mümkün razılaşmaya Daniele Ruqani və ya Federiko Qattini daxil etməyi planlaşdırır.
Fortini bu mövsüm A Seriyasında 14 oyunda forma geyinib. “Yuventus” isə 20 turdan sonra 39 xalla turnir cədvəlində 5-ci pillədədir və lider “İnter”dən 7 xal geri qalır.