AZ

İsveçrə 5 azərbaycanlıya sanksiya tətbiq etdi

İsveçrə Rusiya neftinin daşınması ilə bağlı məhdudiyyətləri pozan daha 41 tankeri sanksiya siyahısına əlavə edib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları Anar Mədətli (2Rivers Group-un həmtəsisçisi və direktoru), Tələt Səfərov (2Rivers Group-un həmtəsisçisi) və Etibar Eyub (Coral Energy/2Rivers-in təsisçisi) da daxil olmaqla beş azərbaycanlının adları sanksiya siyahısına daxil edilib.

Qeyd edək ki, daha öncə Avropa İttifaqı Tələt Səfərov və Etibar Eyyuba "Rusiya hökuməti üçün əhəmiyyətli gəlir təmin edən iqtisadi sektorlarda iştirakı"na görə sanksiya tətbiq edib.

Tələt Səfərov əvvəllər "Coral Energy" kimi tanınan və neft ticarəti ilə məşğul olan "Rivers" şirkətlər qrupunda yüksək vəzifə (CEO) tutur. Bu qrup, xüsusən də Rusiyanın dövlət neft şirkəti Rosneftin neft tədarükü və ixracını həyata keçirir

Etibar Eyub "Coral Energy" daxil olmaqla, bir sıra şirkətlər şəbəkəsini təsis edib və idarə edir.

Seçilən
168
2
publika.az

6Mənbələr