GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Macarıstanlı ekspert Georg Şpatle ABŞ Prezidenti Donald Trampın İrana hücum etsə belə, bu ölkəyə ABŞ qoşunlarını göndərməyəcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Şpatle bildirib ki, Vaşinqtonun “xəbərdarlıq xarakterli hava hücumu” və ya digər məhdud addımlar atması mümkündür, lakin Amerika ictimaiyyəti bir neçə il davam edə biləcək müharibəyə müdaxiləni qəbul edə bilməz.
Xatırladaq ki, İranda etirazlar dekabr ayından bəri davam edir. Media etirazçıların bir neçə şəhəri ələ keçirdiyini iddia edib. Yanvarın 8-dən etibarən etirazlar daha da şiddətlənib, hakimiyyət isə ölkədə internetə çıxışı məhdudlaşdırıb. Qarşıdurmalar zamanı həm etirazçılar, həm də təhlükəsizlik qüvvələri arasında itkilər olduğu bildirilir.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.