AZ

Samvel Karapetyan yenidən həbsə atıldı

ain.az bildirir, Axar.az portalına istinadən.

Bir müddət öncə ev dustaqlığına buraxılan erməni iş adamı Samvel Karapetyan yenidən istintaq təcridxanasına salınıb.

Axar.az xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan “Sputnik Armenia”ya bildirib.

Vardevanyanın sözlərinə görə, onun tibb mərkəzindəki stasionar müalicəsi Daxili İşlər Nazirliyinin rəsmilərinin təkidi ilə dayandırılıb.

Bildirilir ki, Karapetyan pnevmoniya və koronavirus infeksiyasının fəsadlarından müalicə alırdı.

Xatırladaq ki, daha əvvəl məhkəmə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
278
1
axar.az

2Mənbələr