AZ

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

"Mançester Yunayted"in təcrübəli müdafiəçisi Harri Maquayr yanvar ayında karyerasını A Seriyasında davam etdirə bilər.

Fanat.Az "Tutto Mercato" nəşrinə istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü üçün "İnter", "Napoli" və "Fiorentina" klubları əsas namizədlər hesab olunur.

Maquayrın mövsumun sonunda azad agent kimi komandadan ayrılma ehtimalı yüksək olsa da, İtaliya klubları bu keçidi yanvar transfer pəncərəsində bitirmək istəyirlər.

Təcrübəli müdafiəçinin yeni macəraya açıq olduğu qeyd edilir.

Seçilən
89
fanat.az

1Mənbələr