AZ

"Real"ın istədiyi futbolçu bilindi -

“Real Madrid” hücum xəttini gücləndirmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, “Real” “Bayer Leverkuzen”in futbolçusu Kristian Kofanenin xidmətində maraqlıdır. Məlumata görə, Almaniya klubu gənc futbolçu üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, Kristian Kofane ötən il Albasete" klubundan 5 milyon avroya “Bayer Leverkuzen”ə transfer olub. Futbolçu 23 oyunda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Bayer Leverkuzen”lə müqaviləsi 2029-cu ildə yekunlaşır.

Seçilən
218
10
metbuat.az

6Mənbələr