Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən "Zirə" sonuncu hazırlıq matçına çıxıb.
"Football-plus.az" xəbər verir ki, qəsəbə təmsilçisi "Bohemians"la ilə üz-üzə gəlib. Qarşılaşma Çexiya komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Qartallar"ın heyətində Runa Renato 41-ci dəqiqədə penaltidən fərqlənib.
Xatırladaq ki, "Zirə" Antalyada bundan əvvəl iki yoxlama oyunu keçirib. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Rumıniyanın "Çiksereda" komandası ilə heç-heçə edib - 3:3. Ukrayna təmsilçisi "Aleksandriya"ya isə 2:3 hesabı ilə uduzub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta