ABŞ prezidenti Donald Tramp Misir, Qətər və Türkiyənin iştirakı ilə HƏMAS-ın silahsızlaşdırılmasına əminliyini ifadə edib: “Misir, Türkiyə və Qətərin dəstəyi ilə HƏMAS ilə bütün silahların təhvil verilməsi və hər bir tunelin sökülməsi daxil olmaqla hərtərəfli silahsızlaşdırma razılaşmasına nail olacağıq.
HƏMAS dərhal öz öhdəliklərini yerinə yetirməli, o cümlədən sonuncu cəsədin (girov götürülmüş şəxsin) İsrailə qaytarılmasına və gecikmədən tam silahsızlaşdırmaya başlamalıdır. Daha əvvəl də dediyim kimi, onlar bunu yaxşılıqla, ya da məcburən edə bilərlər.”, – Donald Tramp deyib.
Daha əvvəl ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Qəzza zolağında sülh razılaşmasının ikinci mərhələsinin başladığını elan etmişdi. Bu mərhələ çərçivəsində Fələstin anklavı üzərində səlahiyyət bölgədə yenidənqurma işlərinə başlayacaq müvəqqəti texnokratik administrasiyaya veriləcək. HƏMAS hakimiyyəti əvvəllər Fələstin Muxtariyyətinin sənaye inkişafından məsul olan müavini vəzifəsində çalışmış Əli Şaatın rəhbərlik etdiyi texnokratik administrasiyaya ötürməyə razılıq vermişdi.
Xatırladaq ki, İsrail və HƏMAS ötən payız Trampın sülh planı çərçivəsində atəşkəsə başlamaq barədə razılığa gəlmişdilər. Fələstinli radikallar sağ qalan girovları və ölənlərin cəsədlərini İsrailə qaytardılar qaytarmağa başladılar. İsrail fələstinli məhbusları HƏMAS-a təhvil verdi və qoşunlarını geri çəkməyə başlamışdı. Lakin planın ikinci mərhələsinə keçid HƏMAS-ın silahsızlaşdırılması məsələsi, eləcə də tərəflər arasında davam edən qarşıdurmalar səbəbindən gecikir.
//Samir Qurbanov, Editor.az