NATO-nun sabiq baş katibi Yens Stoltenberq ABŞ-ın alyansı tərk edə biləcəyini istisna etmədiyini bildirib.
APA xəbər verir ki, o, bunu "Der Spiegel" jurnalına müsahibəsində deyib.
Stoltenberqin sözlərinə görə, dəyişməz heç nə yoxdur və hər şey dəyişə bilər. O qeyd edib ki, ABŞ-ın NATO-da qalacağına dair vəd verə bilməz.
Sabiq baş katibin fikrincə, ABŞ transatlantik alyansın qorunub saxlanılması üçün zəruri addımlar atmalıdır.