Əməkdar artist Elza Seyidcahan toyun ortasında xınayaxdı edənləri tənqid edib.
Müğənni bu haqda "Xəzər axşamı" verilişində deyib. İfaçı bildirib ki, kişilərin xına məclisində yer alması düzgün deyil:
"Toyun ortasında yarım saat xına yaxırlar. Biz də oxuyub getməliyik. Əvvəl xınayaxdıda kişilər olmazdı. İndi isə atalar, qardaşlar oturur, qızı gətirilər, qız ağlayır. Adət-ənənəni qarışdırıblar. Kişilər oturur ki, xına nə vaxt bitəcək?". (Axşam.az)
Tarix: 17 Yanvar 2026, 01:16