AZ

Tramp: ABŞ-də etirazlara görə ordunu cəlb etməyə əsas yoxdur

BAKI, 17 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkədə miqrasiya xidmətinin fəaliyyətinə qarşı keçirilən etiraz aksiyaları fonunda ordunun istifadəsinə ehtiyac olmadığını bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu fikirləri Vaşinqtondan Floridanın Uest-Palm-Biç şəhərinə uçmazdan əvvəl Ağ Evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

ABŞ lideri 1807-ci il tarixli “Üsyanların yatırılması haqqında” qanunun tətbiqi ehtimalını şərh edərkən deyib.

“Hazırda bunu tətbiq etmək üçün hər hansı səbəb görmürəm. Amma əgər buna ehtiyac olsaydı, mütləq istifadə edərdim”, - o bildirib.

Qeyd edək ki, sözügedən qanun ABŞ Prezidentinə ölkə daxilində asayişin təmin edilməsi məqsədilə silahlı qüvvələrdən istifadə etmək səlahiyyəti verir. Trampın açıqlaması Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) fəaliyyətinə qarşı keçirilən etirazlar fonunda səsləndirilib.

Seçilən
81
teleqraf.com

1Mənbələr