AZ

Türkiyədə “Qalatasaray”ın keçmiş futbolçusu həbs olunub

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Qalatasaray”ın keçmiş futbolçusu Ümit Karan Türkiyədə genişmiqyaslı narkotik əleyhinə əməliyyat çərçivəsində həbs edilib.

İdman.Biz-in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İstanbul Baş Prokurorluğu 23 şübhəlinin məhkəmə prosesini başa çatdırıb. Məhkəmə Ümit Karan da daxil olmaqla, onlardan 13-ü haqqında məhkəməyəqədər həbs qərarı verib. Digər doqquz təqsirləndirilən şəxs məhkəmə nəzarəti altında azadlığa buraxılıb.

Keçmiş futbolçu ölkədə narkotik və stimullaşdırıcı maddələrin qanunsuz satışı, daşınması və saxlanmasında ittiham olunur.

Qeyd edək ki, bu iş üzrə həbs olunanlar arasında tanınmış sənətçilər və biznes nümayəndələri də var.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
50
icma.az

10Mənbələr