AZ

İsveçdə sığınacaq üçün müraciət edən şəxslərin sayının azalması davam edir

Bakı. Trend:

İsveçdə sığınacaq üçün müraciət edən şəxslərin sayının azalmasıdavam edir.

Trend xəbər verir ki, 2025-ciildə müraciətlərin sayı əvvəlki illə müqayisədə təxminən 30 faizazalıb və 6 735 nəfər təşkil edib. Bu göstərici həm əvvəlki illərinrəqəmlərindən, həm də 2016–2022-ci illər üzrə orta səviyyədən xeyliaşağıdır. Həmin dövrdə hər il 20 mindən çox müraciət qeydəalınırdı.

Hakimiyyət orqanları bildirirlər ki, sığınacaq verilməsi iləbağlı miqrasiya son 40 il ərzində ən aşağı səviyyədədir və azalmadavam edir. Eyni zamanda, vətənə qayıdanların — həm könüllü, həm dəməcburi qaydada geri göndərilənlərin sayı əhəmiyyətli dərəcədəartıb. 2025-ci ildə ölkəni 8 312 nəfər tərk edib ki, bu da hazırkıhökumətin 2022-ci ildə hakimiyyətə gəldiyi dövrlə müqayisədə 60faiz çoxdur.

2025-ci ildə verilmiş ümumi yaşayış icazələrinin (79 684) yalnız6 faizi sığınacaqla bağlı olub, halbuki 2018-ci ildə bu göstərici31 faiz təşkil edirdi. Həmçinin cinayət törətməsinə görə məhkumolunmuş şəxslərin deportasiyalarının sayı da artıb.

Ümumavropa miqyasında qaçqınların kütləvi axını üçün nəzərdətutulan mexanizm çərçivəsində müvəqqəti oturum icazəsi almışUkrayna vətəndaşları bu statistikaya daxil edilmir.

Seçilən
142
az.trend.az

1Mənbələr