AZ

Rusiya və Ukrayna arasında Zaporojye AES lə bağlı atəşkəs elan edilib

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin direktoru Rafael Qrossi Rusiya və Ukrayna arasında Zaporojye Atom Elektrik Stansiyasındakı ehtiyat elektrik xəttinin təmiri üçün yerli atəşkəs rejiminin tətbiqi barədə razılığa gəldiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə qurumun saytında dərc olunmuş mətbuat açıqlamasında bildirilib.

"Bu gün AEBA Rusiya və Ukrayna arasında yerli atəşkəs rejiminin tətbiqi barədə razılıq əldə edib. Bu, Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında qalan son ehtiyat elektrik xəttində təmir işlərinə başlamağa imkan verəcək", - deyə məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
108
13
apa.az

10Mənbələr