AZ

Tramp: İranı vurmaqdan məni heç kim çəkindirməyib

BAKI, 17 yanvar. TELEQRAF

ABŞ prezidenti Donald Tramp İran ərazisinə zərbələr endirilməməsi üçün onu heç kimin inandırmadığını bildirib.

Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Məni heç kim çəkindirməyib. Mən özüm özümü buna inandırdım”, – deyə qeyd edib.

Xatırladaq ki, bundan əvvəl "The Wall Street Journal" qəzeti Qətər, Oman və Səudiyyə Ərəbistanının ABŞ-ni İrana qarşı hərbi zərbədən çəkindirməyə çalışdığı barədə məlumat yayıb.

Bununla yanaşı, Tramp ABŞ-nin İran hakimiyyətinin etiraz aksiyalarında iştirak edən şəxsləri edam etməyi planlaşdırmadığına dair məlumat əldə etdiyini də bildirib.

Seçilən
84
teleqraf.com

1Mənbələr