AZ

Ölümcül qəzadan sonra məşqlərə başladı

Keçmiş dünya çempionu Antoni Coşua ölümcül yol qəzasından sonra məşqlərə geri qayıdıb.

Publika.az xəbər verir ki, qəza zamanı onun iki yaxın dostu və məşqçisi – Lats və Sina həyatını itirib.

Boksçu özü “Snapchat”da məşqlərdən video paylaşıb və onu “psixoloji dözümlülüyü gücləndirmək üçün terapiya” kimi şərh edib. Videoda Coşua döyüş üçün hazırlıq məqsədilə əl yastıqlarında məşq edir.

Dekabrın sonunda baş verən qəza boksçunun şəxsi və peşə həyatına ciddi təsir etmişdi, amma indi o, tədricən fiziki və ruhi bərpasına fokuslanır.

Seçilən
109
10
publika.az

10Mənbələr