Bakı.Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən 3, 10 və 17 fevral tarixlərində hərraclara 5 səhmdarcəmiyyətinin səhm paketi və 286 nəqliyyat vasitəsi çıxarılıb.
Trend xəbərverir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumatyayıb.
Bildirilib ki, fevralın 3-də keçiriləcək hərraca 81 nəqliyyatvasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1971-2022-ciilləri əhatə edir.
Fevralın 10-da keçiriləcək hərraca 11 nəqliyyat vasitəsiçıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2005-2014-cu illəriəhatə edir.
Fevralın 17-də keçiriləcək hərraca 5 səhmdar cəmiyyətinin səhmpaketi və 194 nəqliyyat vasitəsi çıxarılıb. İştirak edəcək şəxslərxidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərininsəhmlərini özəlləşdirə bilərlər. Bunlar “Gəncə Quşçuluq”, “LəkiSinklənmiş qablar”, “Xəzər Avtonəqliyyat”, “Xaçmaz MexanizasiyaNəqliyyat” və “İsmayıllı Sənaye İstehsal” açıq səhmdarcəmiyyətləridir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 123.056manatla 1.223.095 manat arasında dəyişir. Avtomobillərin buraxılıştarixləri 1976-2019-cu illəri əhatə edir.
Hərraca çıxarılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanışolmaq mümkündür.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” və“www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılanəmlaklar üzrə seçim edə bilərlər.