AZ

Azərbaycanda keçirilən islahatlar neft-qaz sektorundan asılılığın azalmasını sürətləndirə bilər - "Moody's"

Bakı.Trend:

Azərbaycanda həyata keçirilən islahatlar ölkənin iqtisadi vəfiskal baxımdan karbohidrogen sektorundan asılılığınıngözləniləndən daha əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarabilər.

Trend bu barədə“Moody’s” reytinq agentliyinin son hesabatına istinadən məlumatverir.

Sənəddə qeyd olunur ki, davam edən islahatlar fonundainstitusional bazanın daha da möhkəmləndirilməsi üçün zəruri ilkinşərtlər mövcuddur. Bu islahatlar pul-kredit siyasətinin ötürücümexanizminin səmərəliliyinin artırılmasına, maliyyə sektorununtənzimlənməsinin və dövlət maliyyə idarəçiliyinintəkmilləşdirilməsinə, habelə inzibati proseslərdə şəffaflığınyüksəldilməsinə yönəlib.

Agentliyin qiymətləndirməsinə görə, cari və gələcək islahatlaridarəetmə, şəffaflıq və iqtisadi siyasətin proqnozlaşdırıla bilməsisahəsində daha sürətli və davamlı irəliləyişlərə gətirib çıxararsa,suveren kredit reytinqinin yüksəlməsi mümkündür. Bu isə öznövbəsində institutlara inamı gücləndirəcək və onların uzunmüddətlistruktur çağırışlarına uyğunlaşma qabiliyyətini artıracaq.

“Moody’s” vurğulayır ki, reytinqin yüksəlməsinə təsir göstərəbiləcək əlavə amillərə iqtisadiyyatın şaxələndirilməsi siyasətininsəmərəliliyi daxildir. Bu siyasət makroiqtisadi və büdcəgöstəricilərinin neft qiymətlərinin dəyişkənliyinə həssaslığınıazaltmaqla yanaşı, qlobal uzunmüddətli karbon keçidi ilə bağlıriskləri də zəiflədə bilər. Ölkənin kredit profilinə müsbət təsirgöstərə biləcək digər amil Azərbaycan ilə Ermənistan arasındaiqtisadi və diplomatik münasibətlərin əhəmiyyətli dərəcədəyaxşılaşmasıdır ki, bu da geosiyasi gərginliyin yenidən alovlanmaehtimalını azalda bilər.

Agentliyin analitikləri qeyri-neft gəlirlərinin səfərbəredilməsi və büdcənin karbohidrogen mənşəli fövqəlgəlirlərdənasılılığının azaldılmasına yönəlmiş qeyri-neft fiskalkonsolidasiyasının gücləndirilməsi fonunda Azərbaycan Dövlət NeftFondunun (SOFAZ) aktivlərinin daha da artacağını gözləyirlər.

Hesabatda həmçinin bildirilir ki, 2025-ci ilin avqustundaAzərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayıb, bu isədiplomatik dialoqun fəallaşmasına və sərhəd məhdudiyyətlərininaradan qaldırılmasına səbəb olub. Bu addımlar əvvəlki onilliklərdəiki ölkə arasında vaxtaşırı hərbi toqquşmalarla müşayiət olunandövrlərlə müqayisədə geosiyasi risklərin potensial azalmasına işarəedir.

“Moody’s” tərəfindən “ba1” səviyyəsində qiymətləndirilənAzərbaycanın iqtisadi dayanıqlığı, neft-qaz sektorundan hələ dəyüksək asılılığa baxmayaraq, orta müddətli dövrdə əlverişli artımperspektivlərini əks etdirir. Hökumətin fiskal dayanıqlığı “aaa”səviyyəsində qiymətləndirilib və dövlətin güclü xalis kreditormövqeyi ilə təmin olunur: (öhdəliklərin xarici valyutada yüksəkpayına baxmayaraq) suveren aktivlərin həcmi birbaşa dövlət borcunuvə verilmiş zəmanətləri tam şəkildə əhatə edir.

Məqalədə:
Seçilən
46
2
az.trend.az

3Mənbələr