AZ

Ötən ilin ən çox qazanan idmançıları: Ronaldo liderdir, Messi isə…

“Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldo Sportico versiyasına görə 2025-ci ilin ən çox qazanan idmançısı olub.

Publika.az xəbər verir ki, 40 yaşlı futbolçu ümumilikdə 260 milyon dollar gəlir əldə edib. Bu məbləğin 200 milyon dolları klubundakı maaşına, qalan 60 milyon dolları isə sponsor müqavilələri və meydandan kənar fəaliyyətlərdən əldə olunan gəlirlərə aiddir.

İkinci yeri boksçu Saul Alvares tutub. O, rinqdə 125 milyon dollar qazanıb, reklam müqavilələrindən isə əlavə 12 milyon dollar gəlir əldə edib.

Üçüncü sırada Lionel Messi qərarlaşıb. Onun ümumi gəliri 130 milyon dollardır. Bu məbləğin 60 milyon dolları “İnter Mayami” klubundakı maaşından, 70 milyon dolları isə sponsor müqavilələrindən formalaşıb.

Seçilən
97
publika.az

1Mənbələr