AZ

Azərbaycanla sülh prosesindəki irəliləyiş Ermənistanın reytinqini qaldıra bilər - "Fitch"

Bakı.Trend:

Azərbaycanla sülh prosesində irəliləyiş Ermənistanın kreditreytinqinə müsbət təsir göstərə bilər.

Bu barədə TrendFitch Ratings agentliyinə istinadən xəbər verir.

“Fitch” Ermənistanın xarici valyutada uzunmüddətli emitentdefolt reytinqi (LTFC IDR) üzrə proqnozunu “Sabit”dən “Müsbət”ədəyişib və reytinqin özünü BB- səviyyəsində təsdiqləyib.

“Ermənistan və Azərbaycan sülh sazişinin əldə olunmasınahədəflənmiş birgə bəyannamə imzalayıblar ki, bu da qısamüddətliperspektivdə hərbi eskalasiya risklərini əhəmiyyətli dərəcədəazaldır. Azərbaycanla və onun ərazisi üzərindən ticarət tədricənaçılır. Həmçinin Türkiyə ilə münasibətlər nəzərəçarpacaq dərəcədəyaxşılaşır və məlumatlara görə, Türkiyə hökuməti Ermənistanla qurusərhədinin açılması imkanını nəzərdən keçirir”, – “Fitch”inhesabatında qeyd olunur.

Agentlik hesab edir ki, Azərbaycanla sülh sazişinin ardıcılşəkildə həyata keçirilməsi və Türkiyə ilə sərhədin açılmasıErmənistan iqtisadiyyatının orta müddətli proqnozu üçün əlavə artımpotensialı yarada bilər.

Reytinqə mənfi təsir göstərə biləcək amillər sırasında “Fitch”geosiyasi riskləri artıran və siyasi-iqtisadi sabitliyi sarsıdanhadisələri, o cümlədən Azərbaycanla mövcud sülh prosesininpozulmasını qeyd edir.

Agentliyin analitikləri bildirirlər ki, reytinqin yüksəlməsinəsəbəb ola biləcək əsas amillər sırasında geosiyasi risklərin vədaxili siyasi qeyri-müəyyənliyin davamlı azalması, xüsusiləAzərbaycanla sülh prosesində mühüm irəliləyiş durur.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda AzərbaycanPrezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol PaşinyanABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar.Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzurdəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh vəDövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Xəbər yenilənəcək

Məqalədə:
Seçilən
193
3
az.trend.az

4Mənbələr