AZ

Azərbaycanlı gənc yuxuda boğulub öldü

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyədə yaşayan azərbaycanlı gənc yatdığı yerdə ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Antalyanın Manavqat qəsəbəsində baş verib.

Burada avtomobil ustası işləyən 21 yaşlı Tanrıverdi Salmanovun gecə yatdığı yerdə qəfil halı pisləşib və o, qusmağa başlayıb. Nəticədə gənc oğlan boğulub və ürəyi dayanıb. Xəstəxanaya çatdırılan Salmanova ürək masajı edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti araşdırma üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə təhvil verilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
lent.az

1Mənbələr