AZ

“Turan Tovuz” Polşa klubuna qarşı

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün yoxlama oyunu keçirəcək.

Msport.az xəbər verir ki, Kurban Berdıyevin komandası Polşanın “Poqon” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

“Poqon” 18 oyundan sonra 21 xalla Polşa çempionatında 10-cu yeri tutur.

Qeyd edək ki, bu, “Turan Tovuz”un qış fasiləsində ilk yoxlama oyunu olacaq.

Seçilən
85
msport.az

1Mənbələr