Bakı. Trend:
Azərbaycan 2025-ci ilin noyabr ayında Türkiyəyə boru kəməri ənçox neft ixrac etmiş ölkələrin ilk üçlüyündə mövqeyinimöhkəmləndirib.
Trend bu barədəTürkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK)istinadən xəbər verir.
Hesabat dövründə Türkiyə Azərbaycandan 1,036 milyard kubmetrtəbii qaz idxal edib ki, bu da 2024-cü ilin noyabr ayınıngöstəricisi ilə müqayisədə 6,81 faiz çoxdur. Bununla yanaşı,Azərbaycan aylıq tədarük həcmlərinə görə İran İslam Respublikasınıgeridə qoyaraq Rusiya Federasiyasından sonra Türkiyəyə boru kəməriqazı ixrac edən ikinci ən böyük təchizatçı olub.
Eyni dövrdə Türkiyə İran İslam Respublikasından 888,64 milyonkubmetr təbii qaz idxal edib ki, bu da bir il əvvəlki 853,82 milyonkubmetrlə müqayisədə 4,08 faiz artım deməkdir. Rusiya Federasiyasıisə ən böyük təchizatçı statusunu qoruyub saxlayaraq noyabr ayındaTürkiyəyə təxminən 1,205 milyard kubmetr təbii qaz ixrac edib.Halbuki ötən ilin analoji dövründə bu göstərici 2,729 milyardkubmetrdən çox olub.
Ümumilikdə, 2025-ci ilin noyabr ayında Türkiyənin təbii qazidxalı təxminən 5,038 milyard kubmetr təşkil edib ki, bu da ötənilin eyni dövrü ilə müqayisədə 13,23 faiz azdır. Boru kəməriqazının idxalı 3,130 milyard kubmetr (31,25 faiz azalma),mayeləşdirilmiş təbii qazın idxalı isə 52,24 faiz artaraq 1,908milyard kubmetr olub.