AZ

"Turan Tovuz" Türkiyədə ilk matçına çıxır

Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan “Turan Tovuz” bu gün yoxlama oyununa çıxacaq. 

Fanat.Az xəbər verir ki, Kurban Berdiyevin baş məşqçisi olduğu komanda hazırlıq çərçivəsindəki ilk sınaq matçında Polşa təmsilçisi "Poqon"la üz-üzə gələcək. 

"İC Santai" hotelinin futbol meydanında baş tutacaq 0yun saat 16:00-da start götürəcək. 

Qeyd edək ki, Tovuz təmsilçisinin yanvarın 10-da Rumıniya “Hermanştadt”ı ilə planlaşdırılan oyunu təxirə salınıb. Hər iki tərəf heyətdəki zədəlilərin çoxluğunu əsas gətirərək görüşün ləğv ediblər.

"Turan Tovuz" qış hazırlığı çərçivəsində 1 oyunla kifayətlənəcək. "Boz qurdlar" hazırlığını başa vuraraq sabah Bakıya dönəcəklər.

Seçilən
121
fanat.az

1Mənbələr