AZ

Dünya bu rusiyalı manyakdan danışır: Hindistanda 5 qadını öldürdü

Rusiyalı animator və manyak qatil Aleksey Leonov xarici KİV-in gündəminə gəlib.

Publika.az "SHOT" Teleqram kanalına istinadən xəbər verir ki, qalmaqallı qatil Hindistanın Qoa əyalətində beş qadını öldürməkdə şübhəli bilinir.

İlkin məlumatlara görə, onun həmyerlisinin cəsədinin tapılmasından sonra manyakla aparılan dindirmə zamanı Aleksey törətdiyi cinayəti etiraf edib və başqa bir qadını öldürdüyünü də iddia edib. Bununla da o, yerli sakin də daxil olmaqla, ümumilikdə beş qadını öldürüb. Hüquq-mühafizə orqanları hazırda iddia edilən qurbanların cəsədlərini axtarır və rusiyalı manyakın dediklərinin həqiqət olub-olmadığını araşdırırlar.

Leonovun sözlərinə görə, o, ilk qətlini yanvarın 14-də törədib. Aleksey turist Yelena V.-nin Mordjim rayonunda kirayə qaldığı mənzilinə girib, onu döyüb və bıçaqlayıb. Manyak sonda qadının boğazını kəsib. Cəsəd daha sonra qurbanın tanışı tərəfindən aşkar edilib.

Seçilən
104
publika.az

1Mənbələr