Bir vaxtlar futzal millimizin və “Araz-Naxçıvan”ın baş məşqçisi olan Vitali Borisovdan uzun müddətdi xəbər yoxdu.
“Football-plus.az” 2024-cü ilin sentyabrında “Araz-Naxçıvan”dan, ötən ilin yayında yığmadan istefaya göndərilən mütəxəssisin durumuyla maraqlanmaq qərarına gəldi. Onun açıqlaması:
“Hazırda Bakıdayam. Ölkədə Heydər Əliyevin xatirəsinə həsr olunan qurumlararası minifutbol turniri keçirilir. Müəyyən məvacib qarşılığında bu yarışda iştirak edən KOBİA komandasının baş məşqçisiyəm. İndiyə qədər ölkəmizdən hansısa futzal komandasından təklif almamışam. Ölkə xaricində işləmək variantı var idi. Sadəcə, akademiyada azyaşlı uşaqlarla çalışmaq istəmədim. Karyeramın bundan sonrakı axarı gələcək təkliflərdən asılıdı”.
Maraqlıdı, bir zamanlar Azərbaycan futzalının vacib simalarından olan Borisovun bu gün peşəkar komandada çalışa bilməməsinin səbəbi nədi? O, karyerasındakı enişi nə ilə əlaqələndirir? Mütəxəssisi dinləyək:
“Reallıqla barışmaq lazımdı. Yüksək liqada üç peşəkar komanda var - “Araz-Naxçıvan”, “Baku Fire” və “Neftçi”. Bunların da öz məşqçiləri var. 1-ci liqa isə yalnız həvəskar səviyyədə təşkil olunur. Mənə elə gəlir ki, böyük futbolda olduğu kimi, futzalda da peşəkar komandaların sayı çox olsa, belə aqibətlə üzləşməzdim. Əsas cansağlığıdı. Şükür, hər şey qaydasındadı”.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta