AZ

Zahid Məmmədov beynəlxalq tədbirdə məruzə ilə çıxış edib

"15-17 yanvar 2026-cı il tarixlərində Türkiyə Respublikasının Rize şəhərində keçirilən "Beynəlxalq Qara dəniz - Rize Ayder Forumu" Qara dəniz və Avrasiya regionunun iqtisadi, enerji, siyasi və diplomatik gündəmini müzakirə edən mühüm beynəlxalq platforma kimi diqqət mərkəzindədir". Bunu "Olaylar"a Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib: "Forum çərçivəsində 16 yanvar tarixlərində "KARADENİZ - AVRASYA BÖLGESİNDE ENERJİ REKABETİ VE ENERJİ STRATEJİLERİNİN GELECEĞİ" adlı panel -müzakirədə "Türk Dövlətləri Təşkilatına Üzv Ölkələrdə Enerji Siyasəti və Enerji Təhlükəsizliyi"  mövzusunda məruzə ilə iştirak etdim.  Tədbirdə beynəlxalq səviyyədə ekspertlər, akademik dairələri, dövlət qurumlarının nümayəndələrini, vətəndaş cəmiyyəti və özəl sektor təmsilçiləri iştirak edirdilər.
Tədbirdə özəl olaraq UNEC nəzdində fəaliyyət göstərən Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin 3 əməkdaşı məruzəçi statusunda işştirak edirdilər. 
Beynəlxalq Qara dəniz - Rize Ayder Forumu regionda enerji təhlükəsizliyi və diplomatiya sahəsində dialoqun dərinləşdirilməsi baxımından mühüm beynəlxalq platforma kimi qiymətləndirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
110
olaylar.az

1Mənbələr