AZ

ABŞ İran istiqamətində böyük ordu toplayır

AzVision.az xəbər verir ki, “ABC News” telekanalının məlumatına görə, Fars körfəzindəki Amerika bazalarında Hərbi Hava qüvvələri (HHQ) və Raket Əleyhinə Müdafiə (RƏM) qüvvələrinin yerləşdirilməsi planlaşdırılır. Oradakı Amerika hərbçilərinin ümumi sayı hazırda 30 min nəfərdir.

“Hərbi aktivlərin bölgəyə yerləşdirilməsi ABŞ prezidenti Donald Trampaın İrana zərbə endirmək qərarına gələcəyi halda, ona əlavə imkanlar yardacaq”,- telekanal vurğulayır.

Axios: “Netanyahu İranla bağlı Trampa təzyiq göstərmir”
Xatırladaq ki, bundan əvvəl amerikalı mənbələrə istinad edən “Axios” portalı İsrail hakimiyyətinin ABŞ-dən İranı vurmağı tələb etmədiyini və bu məsələdə Ağ Evə təzyiq göstərməməyə çalışdığını yazmışdı.

Keçmiş İran şahının oğlu Rza Pəhləvi isə “The Economist” nəşrinə müsahibəsində cəmiyyətin etibarını qazandığı üçün keçid dövründəreal hakimiyyəti öz üzərinə götürməyəhazır olduğunu iddia edib.

Onun sözlərinə görə, keçid mərhələsində İranda insanların neytral arbitr kimi etibar edə biləcəyi bir şəxsə ehtiyac duyulur.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
43
1
azvision.az

2Mənbələr