AZ

İngiltərədən vətəndaşlarına səyahət xəbərdarlığı: Bu ölkələrə getməyin

İngiltərə Xarici İşlər Nazirliyi Yaxın Şərqdə artan regional gərginliklər səbəbindən Türkiyənin də aralarında olduğu 16 ölkə üçün səyahət xəbərdarlığı yayımlayıb. 

Nazirlik Britaniya vətəndaşlarından olduqları ölkələrdə daha diqqətli olmalarını, səyahət planlarını isə yenidən nəzərdən keçirmələrini istəyib.

"Cebheinfo.az" xəbər verir ki, "Evrensel" qəzetində yer alan xəbərə görə, açıqlamada regionda yaşana biləcək mümkün gərginliyin nəqliyyatda fasilələr və gözlənilməz təhlükəsizlik riskləri yarada biləcəyi vurğulanıb.

Britaniya vətəndaşlarına fərdi şəraitlərini nəzərə alaraq "ağıllı tədbirlər" görmələri çağırışı edilib.

Səyahət xəbərdarlığının əhatə dairəsinə hər il yüz minlərlə britaniyalı turistin ziyarət etdiyi Türkiyə ilə yanaşı Birləşmiş Ərəb Əmirlikləri, Misir və Kipr kimi populyar istiqamətlər də daxil edilib. Nazirlik rəsmiləri regiondakı gərginliyin son günlərdə nəzərəçarpacaq dərəcədə yüksəldiyinə diqqət çəkiblər.

İngiltərə Xarici İşlər Nazirliyinin səyahət xəbərdarlığı yayımladığı ölkələr aşağıdakı kimi sıralanıb:

Seçilən
41
1
cebheinfo.az

2Mənbələr