AZ

"Kurtlar Vadisi"nin aktyoru Bakıda nə edir?

Türkiyənin ən çox izlənilən seriallarından olan "Kurtlar Vadisi"nin sevilən aktyoru Erhan Ufakdan xəbər var.
Metbuat.az xəbər verir ki, "Sözcü" qəzeti sənətçi ilə bağlı məqalə dərc edib. Yazıda aktyorun xüsusi istedad sahibi olduğu vurğulanıb, onun sağlam həyat tərzi keçirdiyi, işi, fəaliyyəti ilə gənclərə müsbət nümunə olduğu qeyd edilib. "Sözcü" qəzeti "Kurtlar Vadisi" serialında yaratdığı Güllü obrazı ilə tamaşaçıların dərin məhəbbətini qazanan Erhan Ufakın hazırda Azərbaycanda yaşadığını vurğulayıb. KİV aktyorun Bakıda sənət akademiyası yaratdığını və bu mədəniyyət ocağına öz adını verdiyini bildirib. "Erhan Ufak indi müqəddəs müəllimlik peşəsini şərəflə yerinə yetirir. O, azərbaycanlı gənclərə sənətin sirlərini öyrədir", - "Sözcü" qəzeti yazıb.

Məqalədə Bakıda yaşayan aktyorun artıq çəkidən azad olduğu və bunun sayəsində əvvəlkindən daha gənc və sağlam göründüyü qeyd edilib.

Seçilən
29
metbuat.az

1Mənbələr