AZ

Anar Quliyev qlobal mənzil böhranının həllinə dair Azərbaycanın təcrübəsini bölüşüb (FOTO)

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ünmilli koordinatoru Anar Quliyev Cenevrədə Nizami Gəncəvi BeynəlxalqMərkəzinin 35-ci Yüksək Səviyyəli Toplantısı çərçivəsindədövrümüzün ən aktual çağırışlarından biri olan qlobal mənzilböhranının həllinə dair birgə yanaşmalara həsr olunmuş panelmüzakirəsində çıxış edib.

Komitədən Trend-ə verilən məlumata görə, panel müzakirəsi zamanıiqlim dəyişikliyi, məcburi köçkünlük və demoqrafik dəyişikliklərinmənzil məsələsini şəhər gündəliyinin mərkəzinə çıxardığıvurğulanıb.

Bu kontekstdə Anar Quliyev mənzilin ayrıca bir sahə kimi deyil,təhlükəsiz, inklüziv və dayanıqlı şəhər və yaşayış məskənlərininəsas sütunu kimi nəzərdən keçirilməsinin vacibliyini qeyd edib.

Komitə sədri Azərbaycanın əlçatan mənzil sahəsində əldə etdiyitəcrübəni, həmçinin “Yenidən və daha yaxşı qur” prinsipi əsasındaQarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilənyenidənqurma işlərini və əhalinin doğma torpaqlara qayıdışını təminedən transformativ yanaşmaları iştirakçılarla bölüşüb. Bildirib ki,mənzil sahəsində mövcud çağırışlar heç bir ölkə tərəfindəntəkbaşına həll edilə bilməz. Bu baxımdan o, beynəlxalq əməkdaşlığınəhəmiyyətini vurğulayaraq, həmkarlarını 17–22 may 2026-cı iltarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun13-cü sessiyasında iştiraka dəvət edib.

Anar
Anar
Anar
Anar
Anar
Anar
Anar
Anar
Seçilən
171
4
az.trend.az

5Mənbələr