AZ

General Musəvi: Media müharibəsi ilə cəmiyyətə təsir göstərilib

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Abdolrahim Musəvi informasiya müharibəsi kontekstində düşmənin geniş media imkanlarından istifadə edərək faktları məqsədli şəkildə təhrif etdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, düşmən təkcə klassik media vasitələri ilə deyil, həm də koqnitiv müharibə üsullarından istifadə etməklə cəmiyyətin müəyyən təbəqələrinin düşüncə və mövqelərinə təsir göstərməyə çalışıb. General Musəvi bu cür fəaliyyətlərin ictimai rəyə yönəldildiyini və həqiqətlərin gizlədilməsi məqsədi daşıdığını vurğulayıb.

Baş Qərargah rəisi çıxışında həmçinin ölkənin gələcək hədəflərinə toxunaraq qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, İranın İslam İnqilabının ideallarına doğru irəliləməsi üçün səylər davam etdiriləcək.

“İnşallah, bu təzyiqlərə baxmayaraq, ölkəni İslam İnqilabının ali ideallarına doğru daha da inkişaf etdirə biləcəyik”, – deyə Musəvi əlavə edib.

Sara

Seçilən
93
nocomment.az

1Mənbələr