Tədarükün institusional çərçivəsi əvvəlcədən formalaşdırılmış uzunmüddətli tərəfdaşlıqlara əsaslanır. Xüsusilə, 2025-ci ilin iyun ayında Almaniyanın SEFE şirkəti ilə bağlanmış 10 illik müqavilə çərçivəsində illik tədarük həcmlərinin mərhələli şəkildə artırılaraq təxminən 1,5 milyard kubmetr (bcm) səviyyəsinə çatdırılması nəzərdə tutulur. Avstriya istiqamətində isə tədarükün ildə 1 bcm-ə qədər ola biləcəyi qeyd olunur.
Hazırkı genişlənmə TAP infrastrukturunda ötürmə imkanlarının artırılması fonunda reallaşır: 2026-cı ildən etibarən kəmərin əlavə 1,2 bcm güc artımı təmin edildiyi bildirilir. Bu layihə Avropada təchizatın diversifikasiyasına, regionun enerji dayanıqlılığına və uzunmüddətli kommersiya tərəfdaşlıqlarının möhkəmlənməsinə xidmət edən strateji mərhələdir. Yaşıl enerji sahəsində qoyuluş güclərini artıran Azərbaycan üçün qaz ixrac etdiyimiz ölkələrin sayının artması mühüm iqtisadi faydalar vəd edir".