AZ

TƏBİB-in qadağası sosial narazılıq yaradır: Alternativ təklif etmirlər, amma...

Son günlər Azərbaycanda tibb bacılarının evdə inyeksiya vurmasına qoyulan qadağa cəmiyyətdə müzakirələrə səbəb olub. TƏBİB-in açıqlamasına görə, venadaxili inyeksiya və digər tibbi prosedurlar yalnız rəsmi tibb məntəqələrində və həkim nəzarəti altında həyata keçirilməlidir. Məqsəd pasiyent təhlükəsizliyini təmin etmək olsa da, yataq xəstələri, hərəkət qabiliyyəti məhdud şəxslər və ambulator müalicə alan xəstələr üçün bu qadağa praktik problemlər yaradır.
Bu qadağadan sonra yüzlərlə tibb bacısı artıq evlərdə tibbi müdaxilədən imtina edib, binalarda divara vurulan tibb bacısı elanları isə yığışdırılıb.

“Səhiyyə müəssisələrində mümkündür”

TƏBİB-dən verilən məlumata görə, tibb bacılarının ev şəraitində inyeksiya və digər invaziv tibbi müdaxilələri həyata keçirməsi ilə bağlı məhdudiyyətlər səhiyyə sahəsində mövcud olan ümumi normativ-hüquqi çərçivədən irəli gəlir: “Əsas məqsəd ev şəraitində tibbi müdaxilələr zamanı yarana biləcək risklərin – xüsusilə anafilaktik şok, kəskin allergik reaksiyalar, infeksiya və digər ağırlaşmaların qarşısının alınması, həmçinin pasiyent təhlükəsizliyinin təmin edilməsidir. Ambulator xəstələr üçün inyeksiyalar yalnız həkim tərəfindən verilmiş rəsmi tibbi təyinat əsasında həyata keçirilə bilər. Bu prosedurlar dövlət və ya özəl səhiyyə müəssisələrində – poliklinikalarda, ailə sağlamlıq mərkəzlərində, ambulator-prosedur otaqlarında, kənd həkim məntəqələrində və digər uyğun tibbi strukturlarda icra olunur. İnyeksiyanın icrası müvafiq ixtisaslı orta tibb işçiləri (tibb bacısı, feldşer) tərəfindən, müəyyən edilmiş tibbi standartlara, sanitariya-gigiyena və təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilir. Tibbi praktikada inyeksiya prosedurları zamanı aseptika, antiseptika və pasiyentin ümumi vəziyyətinin qiymətləndirilməsi vacib şərtlər hesab olunur. Bu tələblərin tam təmin edilməsi isə səhiyyə müəssisələrində mümkündür”.

“Burada səhiyyə infrastrukturunun səviyyəsi bərabər deyil”

“Region və kənd yerlərində bu qərarın icrası üçün mövcud infrastruktur kifayət edirmi?” sualına gəldikdə, qurumdan bildirildi ki, regionlar və xüsusilə kənd yerləri üzrə səhiyyə infrastrukturunun səviyyəsi bərabər deyil: “Bəzi yaşayış məntəqələrində prosedur otaqlarının, ambulator mərkəzlərin və ya tibb məntəqələrinin əlçatanlığı məhdud ola bilər. Bu isə praktiki baxımdan əlavə çətinliklər yaradır”.

Seçilən
150
5
publika.az

6Mənbələr