AZ

Kaliforniyanın baş prokuroru Maska çağırış etdi

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kaliforniya ştatının baş prokuroru Rob Bonta, İlon Maskın süni intellekt şirkəti “xAI” tərəfindən hazırlanmış “Grok” modelinin qadın və uşaqları hədəf alan cinsi açıq dərin saxta şəkillərin yayılmasındakı rolu ilə bağlı rəsmi araşdırma başladıb.

"Cebheinfo.az" xəbər verir ki, ştatının baş prokuroru Bonta verdiyi açıqlamada, “xAI” tərəfindən son həftələrdə hazırlanan və internetdə paylaşılan razılıqsız, ədəbsiz materiallar barədə məlumatlardan şok olduğunu bildirib. 

Rob Bonta bu şəkillərin internetdə insanları təqib etmək üçün istifadə edildiyini vurğulayıb və şirkəti dərhal tədbir görməyə çağırıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
119
1
cebheinfo.az

2Mənbələr