AZ

“Səkkiz” serialının yayımı dayandırıldı

Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu “Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı kinoteatrın sosial şəbəkə hesabında məlumat yayılıb.

Ekran işinin növbəti bölümləri bundan sonra kinoteatrda yayımlanmayacaq.

Bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələrin işlədildiyi üçün ARB kanalı cəzalandırılıb. Audiovizual Şura həmin kadrları “Media haqqında” qanunun tələblərinə zidd sayıb. Nəticədə kanalın yayımının 3 saatlıq dayandırılmasına qərar verilib.

Serialın bölümləri “YouTube” platformasından da silinib. 

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
124
8
yenisabah.az

3Mənbələr