Avropa Statistika Ofisi (Eurostat) 2025-ci ildə Avropa Birliyinə (AB) üzvü ölkələrdə gecəlik turistik qonaqlama məlumatlarını açıqlayıb.
Marja.az məlumatlara istinadən xəbər verir ki, AB ölkələrində ötən il turistik gecəlik qonaqlama sayı əvvəlki ilə nisbətən 2% və ya 61,5 milyon artımla 3 milyard 80 milyona çatıb. Beləliklə, AB ölkələrində ötən il turistik müəssisələrdə gecəlik qonaqlama sayında rekord qeydə alınıb.
AB-də turistik qonaqlamaların 49%-i beynəlxalq, 51%-i isə yerli turistlər tərəfindən həyata keçirilib.
Qonaqlamaların 63%-i otel və oxşar müəssisələrdə, 24%-i tətil evləri kimi qısamüddətli qonaqlama yerlərində, 13%-i isə kamp sahələrində baş verib.