AZ

Türkiyənin ortabab klubundan daha iki diqqətçəkən transfer

Türkiyədə bu transfer dönəminin fəal klublarından olan və ''Fənərbaxça''dan İrfan Can Kahvecini icarəyə götürməklə diqqət çəkən ''Kasımpaşa'' daha iki təcrübəli futbolçunun keçidini rəsmiləşdirib. Əmrə Belözoğlunun çalışdırdığı və ciddi iddiası olmayan ''Kasımpaşa'' ''Eyüpspor''dan ayrılan Kərəm Dəmirbay və ''Fənərbaxça''dan ayrılan Cenk Tosunu heyətinə qatıb. Cenklə ''2,5+1'' illik, Kərəmlə 3,5 illik müqavilə imzalanıb. Daha öncə iki mövsüm ''Qalatasaray''da top qovmuş və burda iki çempionluq yaşamış Dəmirbay ''Eyüpspor''a bu mövsümün əvvəlində gəlmişdi. Amma burda gözlənilən performansı sərgiləyə bilmədi. Cenk isə 2024-dən ''Fənər''in şərəfini qoruyurdu. Noyabrın əvvəllərindən İrfan Can Kahveci ilə birlikdə ''sarı-lacivərdlilər''də əsas komandadan kənarlaşdırılan təcrübəli forvard bu mövsüm yalnız 7 rəsmi oyunda ümumilikdə 72 dəqiqə oynamaq şansı qazanmışdı.

Seçilən
149
1
football-plus.az

2Mənbələr