
Çeçenistan rəhbəri Ramzan Kadırovun dünən qəzaya düşən oğlu Adam Kadırov təcili yardım təyyarəsi ilə Moskvaya aparılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın “Vajnıye İstorii” nəşri “FlightRadar”ın məlumatlarına istinadla məlumat yayıb.
“Ramzan Kadırovun oğlu Adamın iştirakı ilə baş verən yol qəzası barədə məlumatdan sonra bu gün Qroznıdan yola düşən Rusiya Fövqəladə Hallar Nazirliyinin An-148-100-EM təcili yardım təyyarəsi saat 01:10-da (Bakı vaxtı ilə saat 02:10) Moskvanın “Vnukovo” hava limanına eniş edib”, - deyə məlumatda bildirilib.
Onun ardınca Ramzan Kadırovun da təyyarəsinin hava limanında eniş etdiyi qeyd edilib.