Bakı. Trend:
Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərəkavtomobilindən akkumulyatorun oğurlanmasını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləritədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkumolunmuşlar - 37 yaşlı A.Quliyev və 39 yaşlı Ə.Abbasov müəyyənolunaraq saxlanılıblar.
Bildirilib ki, Binəqədi rayonunda da oğurluq hadisələri qeydəalınıb. Rayon ərazisindəki obyektlərin birindən 700 manat dəyərindətəmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdəşübhəli bilinən 36 yaşlı V.Klimaşkin və əvvəllər məhkum olunmuş 33yaşlı Ə.Rəhimli müəyyən olunaraq saxlanılıblar.
Rayon ərazisində qeydə alınan digər bir oğurluq hadisəsi zamanıbir evdən 2100 manat pul və 700 manat dəyərində qızıl-zinətəşyasını oğurlamaqda şübhəli bilinən, 24 yaşlı N.Sadıqova da polisəməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.